QƏRAR-03 13.06.2016

AZƏRBAYCAN RESPUBLİKASININ TRANZİT YÜKDAŞIMALAR ÜZRƏ

KOORDİNASİYA ŞURASI

Qərar №3

 

Bakı şəhəri, 13 iyun 2016-cı il

 

 

“Neft, neft məhsullarının və yük avtomobillərinin ölkə ərazisindən tranzit daşınması ilə bağlı xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azәrbaycan Respublikası Tranzit Yükdaşımalar üzrә Koordinasiya Şurasının 2015-ci il 3 dekabr tarixli 2 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

 

“Azәrbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 655 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azәrbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrә Koordinasiya Şurası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azәrbaycan Respublikası Prezidentinin 2016-cı il 10 iyun tarixli 937 nömrəli Fərmanına uyğun olaraq Azәrbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrә Koordinasiya Şurası QƏRARA ALIR:

  1. “Neft, neft məhsullarının və yük avtomobillərinin ölkə ərazisindən tranzit daşınması ilə bağlı xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azәrbaycan Respublikası Tranzit Yükdaşımalar üzrә Koordinasiya Şurasının 2015-ci il 3 dekabr tarixli 2 nömrəli Qərarının 5-ci hissəsi ləğv edilsin.
  2. “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC qeyri-neft məhsullarının tranzit daşınması ilə bağlı tariflərə dair təkliflərini 15 gün müddətində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyinə təqdim etsinlər.
  3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

                                                   Azәrbaycan Respublikası

                                                   Tranzit Yükdaşımalar üzrә

                                                   Koordinasiya Şurasının sədri                                                                                                              Şahin Mustafayev

Çap