QƏRAR № 1 05.06.2020

AZƏRBAYCAN RESPUBLİKASININ TRANZİT YÜKDAŞIMALAR ÜZRƏ KOORDİNASİYA ŞURASI

Bakı şəhəri, 5 iyun 2020

QƏRAR № 1

Birləşmiş Tranzit Operatoru Hüquqi Şəxsinin Yaradılması Barədə

 

“Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 655 nömrəli Fərmanının 4-cü və 5-ci hissələrinə uyğun olaraq Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası QƏRARA ALIR:

  1. Azərbaycan Respublikası ərazisindən keçən tranzit dəhlizlərin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarını cəlb edilməsi, habelə digər ölkələrin nəqliyyat dəhlizləri ilə sağlam rəqabətin aparılması məqsədi ilə Birləşmiş Tranzit Operatoru kommersiya hüquqi şəxsi yaradılsın.
  2. Tranzit Yükdaşımalar sahəsində fəaliyyət göstərən nəqliyyat müəssisələri – “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, və “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC Birləşmiş Tranzit Operatoru ilə müvafiq formada müqavilələrin bağlanmasını təmin etsin.
  3. Beynəlxalq və regional səviyyələrdə müvafiq birgə tranzit operatorlarının yaradılması təşəbbüsləri olduğu təqdirdə onun tərkibində tarifin alqı-satqısı və digər məsələlər üzrə idarəetmə və təsərrüfat fəaliyyətində Azərbaycan tərəfini Birləşmiş Tranzit Operatoru təmsil etsin.

 

Azәrbaycan Respublikası

Tranzit Yükdaşımalar üzrә

Koordinasiya Şurasının sədri                                                                                                       Mikayıl Cabbarov

Çap