QƏRAR № 2 05.06.2020

AZƏRBAYCAN RESPUBLİKASININ TRANZİT YÜKDAŞIMALAR ÜZRƏ KOORDİNASİYA ŞURASI

Bakı şəhəri, 5 iyun 2020

QƏRAR № 2

Vahid Tranzit Tarifləri Barədə

“Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 655 nömrəli Fərmanının 7.2-ci bəndinə və həmin Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası QƏRARA ALIR:

  1. Tranzit yükdaşımalar sahəsində fəaliyyət göstərən nəqliyyat müəssələri – “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, və “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC tərəfindən tranzit tariflərinin təsdiqi məqsədilə müvafiq hesabat materialları, eləcə də tranzit yükdaşımalar sahəsində tariflərə tətbiq olunan güzəştlərə dair məlumatlar 1 ay müddətində Katibliyə təqdim edilsin. Məlumatların mütəmadi olaraq yenilənərək Katibliyə təqdim olunması təmin olunsun.
  2. Azərbaycan Respublikası ərazisindən keçən tranzit dəhlizlərin rəqabət qabiliyyətinin və səmərəlilyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsi, müvafiq sahədə vahid, çevik və şəffaf tarif siyasətinin təmin edilməsi üçün bir sıra tədbirlərin görülməsi məqsədilə bu qərarın 1-ci hissəsinə uyğun olaraq təqdim olunmuş məlumatlara əsasən Katiblik 2 ay müddətində “Vahid tranzit tarifləri cədvəli”nin və tariflər üzrə güzəştlərin müəyyən edilməsi qaydasına dair təklifləri hazırlayaraq Koordinasiya Şurasına təqdim etsin.

 

Azәrbaycan Respublikası

Tranzit Yükdaşımalar üzrә

Koordinasiya Şurasının sədri                                                                                                       Mikayıl Cabbarov

Çap