QƏRAR № 3 05.06.2020

AZƏRBAYCAN RESPUBLİKASININ TRANZİT YÜKDAŞIMALAR ÜZRƏ KOORDİNASİYA ŞURASI

Bakı şəhəri, 5 iyun 2020

QƏRAR № 3

Elektron portalın  yaradılmasının təmin edilməsi məqsədilə məlumatların təqdim edilməsi barədə

“Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 655 nömrəli Fərmanının 7.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası QƏRARA ALIR:

“Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 655 nömrəli Fərmanının 7.2-ci bəndində nəzərdə tutulmuş tapşırığın icrası məqsədi ilə ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yükdaşımalarla bağlı özündə yükdaşımaların vahid tariflərini, sərhədkeçmə prosedurlarını, yükdaşımalar üzrə daşıma qaydalarını və şərtlərini, o cümlədən müqavilənin şərtlərini və bağlanma qaydasını, Azərbaycan Respublikasının dövlət sərhədindən keçmə zamanı inzibati prosedurlara dair elektron müraciətlərin qəbulu və yüklərin daşınması sahəsində müqavilələrin elektron üsullarla bağlanması imkanlarını, yüklərin izlənməsi və daşıma prosesləri ilə əlaqədar digər məsələləri əks etdirən elektron portalın, o cümlədən onlayn rəqamsal tranzit platformanın yaradılmasının təmin edilməsi üçün Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının üzvlərinə öz rəqəmsallaşma strategiyaları, məqsədləri və bu istiqamətdə cari vəziyyətləri barədə müvafiq məlumatların İqtisadiyyat Nazirliyinə təqdim edilməsi tapşırılsın.

 

Azәrbaycan Respublikası

Tranzit Yükdaşımalar üzrә

Koordinasiya Şurasının sədri                                                                                                       Mikayıl Cabbarov

Çap