Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası (ARDDA) Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli, 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı sahəsində müəyyən edilmiş qaydada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasının ərazisində liman nəzarətinin və Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərə münasibətdə bayraq nəzarətinin həyata keçirilməsi, dəniz üzgüçülüyünün təhlükəsizlik sisteminin təşkil edilməsi, Azərbaycan Respublikasının ərazisində dəniz üzgüçülüyü qaydalarına nəzarət edilməsi, dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyat və sağlamlığının, dəniz ətraf mühitinin mühafizəsi ilə əlaqədar icrası məcburi olan göstərişlərin verilməsi, dəniz nəqliyyatı sahəsində qanunvericiliyə uyğun olaraq, gəmilərin hərəkətinin idarəetmə xidmətinin fəaliyyətinin təşkil edilməsi və s. kimi funksiyalar Administrasiyanın əsas fəaliyyət istiqamətlərinə aid edilir.
Ətraflı məlumat üçün: www.ardda.gov.az
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası
AZ 1003 , Bakı şəhəri, Xanlar küç. 2 B
Tel.: (+994 12) 497-44-05
Fax.: (+994 12) 497-44-06
E-mail: info@ardda.gov.az
“Azpetrol Neft Şirkəti” tərəfindən 2001-ci ilin yanvarında yaradılmış “Azertrans Ltd” MMC Bakı şəhəri və Sanqaçal qəsəbəsində yerləşən illik məhsuldarlığı 25.000.000 ton olan iki neft terminalının sahibidir.
İllik məhsuldarlığı 20.000.000 ton olan Sanqaçal Neft Terminalı Bakıdan 40 km cənubda yerləşir və öz coğrafi mövqeyinin əlverişliliyi, infrastrukturu və kommunikasiyalarının rahatlığı ilə səciyyələnir. Terminal Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) terminalı ilə iki boru kəməri vasitəsilə əlaqəlidir. Boru kəmərləri Azertrans terminalına tankerlərlə qəbul edilən xam nefti Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinə nəql etməyə imkan verir. Ümumi həcmi 320.000 m3 olan terminalın çən parkı 14 çəndən ibarətdir. Gəmi qəbulu üçün 5 yanalma körpüsü mövcuddur. Terminal neft və neft məhsullarının aşırılmasında əlavə imkanlar verən teplovozlara, dəmiryol sisternalarına və dəniz yedək gəmisinə malikdir.
Terminalın hazırkı nəql həcmi əsasən Türkmənistan, Qazaxıstan və Rusiyanın Xəzər dənizi limanlarından tankerlərlə gətirilən xam neft və neft məhsullarının qəbulu, çənlərdə saxlanması, boru vasitəsilə BTC-yə və ya dəmir yolu ilə Qara Dəniz limanlarına göndərilməsindən ibarətdir. Şirkətin əsas müştəriləri sırasında SOCAR, ExxonMobil, BP, Şevron, Vitol və digərlərini göstərmək olar.
Ünvan: Böyük Qala küç., 37 Azərbaycan, Bakı, AZ1000
Tel.: (+994 12) 437-28-27
Faks: (+994 12) 497-63-11
E-mail: office@azertrans.az
Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət olmuşdur.Həmin tarixi dövrdən başlayaraq Azərbaycan dəmir yolu yük daşınmasına olan tələbatın artdığını nəzərə olaraq inkişaf etmiş və təkmilləşmişdir.
Azərbaycanda ilk dəmir yolunun çəkilməsi və sonradan inkişaf etdiriməsi birbaşa neft daşınması ilə əlaqədar olmuşdur. Abşeronda neftin olması qədim zamanlardan bəlli idi. Bakı nefti uzun müddət sistemsiz üsulla çıxarılmış və əsasən Azərbaycanda, onun daşındığı Yaxın və Orta Asiya ölkələrində, Rusiya və Hindistanda işıqlandırma və müalicə üçün istifadə edilmişdir….
Ətraflı məlumat www.ady.az
“Azpetrol Neft Şirkəti” tərəfindən 2001-ci ilin yanvarında yaradılmış “Azertrans Ltd” MMC Bakı şəhəri və Sanqaçal qəsəbəsində yerləşən illik məhsuldarlığı 25.000.000 ton olan iki neft terminalının sahibidir.
Bakı şəhərinin neft sənayesi zonasının mərkəzində yerləşən Bakı Neft Terminalı neft, qara və açıq neft məhsullarının daşınması üçün nəzərdə tutulmuşdur. İllik məhsuldarlığı 5.000.000 ton olan terminal Bakı limanı buxtasında yerləşir. Terminalın çən parkı ümumu həcmi 100.000 m3 olan 15 çəndən ibarətdir. Gəmi gəbulu üçün 3 yanalma körpüsü mövcuddur. Terminal neft və neft məhsullarının aşırılmasında əlavə imkanlar verən teplovozlara, dəmiryol sisternalarına və dəniz yedək gəmisinə malikdir. Terminalın hazırkı nəql həcmi əsasən Türkmənistan, Qazaxıstan və Rusiyanın Xəzər dənizi limanlarından tankerlərlə gətirilən xam neft və neft məhsullarının qəbulu, çənlərdə saxlanması və dəmir yolu ilə Qara Dəniz limanlarına göndərilməsindən ibarətdir. Şirkətin əsas müştəriləri sırasında SOCAR, ExxonMobil, BP, Şevron, Vitol və digərlərini göstərmək olar.
Ünvan: Böyük Qala küç., 37 Azərbaycan, Bakı, AZ1000
Tel.: (+994 12) 437-28-27
Faks: (+994 12) 497-63-11
E-mail: office@azertrans.az
Middle East Petroleum Dubendi Terminalı
MEP Dübəndi Terminalının fərqli xüsusiyyətləri
Ətraflı məlumat: www.mepf.com
Ünvan: H. Əliyev pr. 94, Bakı AZ1029
Tel: (+994 12) 496-68-89
Faks: (+994 12) 566-05-88
E-mail: info@mepf.com
“Baku Steel Company” MMC Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən “Bakı Dəniz Balıq Limanının”idarəçiliyini həyata keçirir. Bu dəniz terminalı vasitəsilə müxtəlif məhsullar o cümlədən: polad pəstahlar, ağac, taxıl, tikinti materialları və digər kənd təssərüfatı məhsullarının yükləmə və boşaltma əməliyyatları həyata keçirilir.Limanın ərazisində taxıl terminalı və un fabriki fəaliyyət göstərir.
”Baku Steel Company” MMC həmçinin Rusiya və Qazaxstandan olan taxıl, buğda və digər kənd təssərüfatı məhsullarını Türkiyə və digər ölkələrə treydinq əməliyyatlarını həyata keçirir.
Ünvan: Şakir Ziyadov küç, 1 (Hövsan qəsəbəsi)
Telefon: (+994 12) 457-77-93
Faks: (+994 12) 457-77-02
E-mail: office@bakusteel.com
Ətraflı məlumat üçün: www.socar.az
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
AZ1029, Azərbaycan, Bakı, H. Əliyev pr. 129
Tel.: (+994 12) 521-02-82
Fax.: (+994 12) 521-03-83
E-mail: info@socar.az
Ətraflı məlumat üçün: customs.gov.az
Ünvan: AZ1073, İnşaatçılar pr. 2, Bakı, Azərbaycan
Tel.: (+994 12) 404 22 00
E-mail: international@customs.gov.az