XƏBƏRLƏR ARXİVİ

Azərbaycan və Trans-Xəzər regionunun strateji əhəmiyyəti ABŞ Konqresi və Dünya Bankının diqqət mərkəzindədir

İyunun 27-də Vaşinqtonda 2-ci Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Forumu ABŞ-ın paytaxtında öz işini davam etdirib və bu çərçivədə ABŞ Konqresi və Dünya Bankında tədbirlər təşkil edilib.

ABŞ Konqresindəki tədbiri Mərkəzi Asiya və Qafqaz İnstitutunun nümayəndəsi Mamuka Tsereteli açıb. Tədbirdə respublikaçı konqresmenlər, Nümayəndələr Palatasının Qaydalar Komitəsinin sədri Pit Seşns və Nümayəndələr Palatasının Kiçik Biznes Komitəsinin sədri Stiv Çabot, habelə ABŞ Nəqliyyat Komandanlığının Strategiya, Qabiliyyətlər, Siyasət və Logistika direktoru, ...

Ətraflı 28-06-2017

Vaşinqtonda Trans-Xəzər Forumunda Azərbaycanın və regionun strateji əhəmiyyətindən bəhs olunub

İyunun 26-da ABŞ-ın paytaxtında ikigünlük Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Forumuna start verilib. Forumun əsas məqsədi Trans-Xəzər nəqliyyat dəhlizi dövlətləri - Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Əfqanıstan və Türkmənistan tərəfindən həyata keçirilən infrastruktur layihələri, mövcud biznes və sərmayə imkanları barədə ABŞ-ın siyasi, akademik və biznes ictimaiyyətinin məlumatlandırılmasıdır.

Nüfuzlu Corc Vaşinqton Universitetində keçirilən, universitetin Mərkəzi Asiya Proqramı və Xəzər Siyasət Mərkəzinin ev sahibliyi etdiyi forumun ilk ...

Ətraflı 27-06-2017

Azərbaycanın tranzit imkanları Pekində təqdim olunub

Fevralın 28-də Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində Azərbaycan Respublikası Yükdaşımalar üzrə Koordinasiya Şurasının təşəbbüsü və təşkilatçılığı ilə "Transxəzər - Şərq-Qərb ticarət və tranzit dəhlizi" forumu keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin, Çinin Kommersiya və Nəqliyyat nazirliklərinin, Dəmir Yolu Administrasiyasının və digər aidiyyəti dövlət qurumlarının, beynəlxalq yükdaşımaları ilə məşğul olan şirkətlərin 100-ə yaxın nümayəndəsi iştirak edib.
Çinin Kommersiya ...

Ətraflı 28-02-2017

Azərbaycan-ABŞ iqtisadi əlaqələri müzakirə edilmişdir

Aprelin 14-də İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tonqla görüşmüşdür. Görüşdə Azərbaycan iqtisadiyyatına dair məlumat verilmiş, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə, eləcə də ABŞ-ın Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və islahatlara dəstək imkanlarına dair müzakirələr aparılmışdır.

Nazir Şahin Mustafayev qeyd etmişdir ki, Azərbaycan və ABŞ arasında əlaqələr təhlükəsizlik, terrorizmə ...

Ətraflı 14-04-2016

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının elektron portalı yaradılıb

Martın 9-da Bakı Biznes Mərkəzində aidiyyəti dövlət qurumlarının və tranzit yükdaşımalarnı həyata keçirən şirkətlərin nümayəndələrinin iştirakı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının elektron portalının təqdimatı keçirilmişdir.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahil Babayev son illər ölkəmizin tranzit potensialının artırılması istiqamətində irimiqyaslı layihələrin həyata keçirildiyini, Xəzər hövzəsində ən böyük liman olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Bakı Gəmiqayırma Zavodunun ...

Ətraflı 09-03-2016

Tranzit yükdaşımalarında əlverişsiz havanın yaratdığı problemlər aradan qaldırılır

Tranzit yüklərin daşınması üçün daha əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən müvafiq tədbirlər görülür. Belə ki, tranzit prosedurlarının sadələşdirilməsi və xidmət haqlarının aşağı salınması hesabına Azərbaycandan Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına istiqamətlənmiş iritonnajlı yük avtonəqliyyat vasitələri üçün tranzit gediş-gəliş xərcləri təqribən 40% aşağı salınmışdır. Azərbaycan ərazisindən keçən tranzit ...

Ətraflı 14-12-2015

Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkəmizin tranzit cəlbediciliyinin artırılması və tranzit yükdaşımaları üçün daha əlverişli şəraitin yaradılması məqsədilə tranzit xidmətlərinin tənzimlənməsi prosesi davam etdirilir.
Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən "Azərbaycan Dəmir Yolları" QSC-nin, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin və ölkənin dəniz terminallarının təklifləri nəzərə alınmaqla neft və neft məhsullarının Azərbaycan Respublikası ərazisindən ayrı-ayrı ...

Ətraflı 08-12-2015

Tranzit yükdaşımaları prosedurları sadələşdirilib

Tranzit yüklərin daşınması üçün daha əlverişli şəraitin yaradılması məqsədilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən müvafiq tədbirlər görülmüşdür. Belə ki, tranzit prosedurlarının sadələşdirilməsi və xidmət haqlarının aşağı salınması hesabına Azərbaycandan Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına istiqamətlənmiş iritonnajlı yük avtonəqliyyat vasitələri üçün tranzit gediş-gəliş xərcləri təqribən 40% aşağı salınmışdır.
Eyni zamanda, Bakı-Aktau-Bakı istiqamətləri üzrə dəniz yolu ...

Ətraflı 02-12-2015

Tranzit yükdaşımaları sahəsində Azərbaycan-Gürcüstan əlaqələri genişləndirilir

Noyabrın 30-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev onun dəvəti ilə Bakıda səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dimitri Kumsişvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin mövcud vəziyyətinə və əməkdaşlıq perspektivlərinə, eləcə də tranzit yükdaşımalar sahəsində səmərəliliyin artırılmasına, bu sahədə Azərbaycan və Gürcüstan arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılmışdır.
Nazir Şahin Mustafayev qeyd etmişdir ki, ...

Ətraflı 30-11-2015

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ilk iclası keçirilmişdir

Noyabrın 13-də Bakı Biznes Mərkəzində Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ilk iclası keçirilmişdir.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev vurğulamışdır ki, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi siyasətinin prioritet istiqamətidir. Hazırda ölkə iqtisadiyyatının 70%-ə yaxın hissəsi qeyri-neft sektorunun payına düşür. "Azərbaycan 2020: ...

Ətraflı 13-11-2015